Bank Of Baku

«MCB Leasing» şirkəti ötən il lizinq portfelini 3 dəfə artırıb

«MCB Leasing» şirkəti ötən il lizinq portfelini 3 dəfə artırıb
# 02 fevral 2012 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 3,911 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 3,2 dəfə çoxdur.

Şirkətin İdarə Heyətinin sədri Ramal Cəfərovun «APA-Economics»ə verdiyi məlumata görə, ötən il ərzində şirkət tərəfindən bağlanan müqavilələrin sayı 13,6 dəfə artaraq 68-ə, lizinqə verilən avadanlıqların həcmi isə 3,911 mln. manata çatıb.

Bu ilin əvvəlinə şirkətin məcmu kapitalı 221 min manat, nizamnamə kapitalı isə 842,105 min manat olub.

Qeyd edək ki, hesabat ilində şirkətin gəlirləri 48,5 dəfə artaraq 403 min manat, xərcləri isə 73% artaraq 581 min manat olub. Nəticədə, 2011-ci ildə şirkətin zərəri 45% azalaraq 178 min manat olub.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında dövlət qeydiyyatdan keçib, lizinq layihələrinin maliyyələşdirilməsinə isə 2010-cu ilin iyun ayında başlayıb. Şirkətin səhmdar kapitalında 95% Pakistanın «MBC Bank»ına, 5% isə yerli fiziki şəxsə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR