Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi İstanbulda səfərdə olub

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi İstanbulda səfərdə olub
# 02 fevral 2012 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdə olub.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə qiymətli kağızlar bazarının tənzimləyicisi olan Türkiyə Kapital Bazarları Şurasının (SPK) təsis edilməsinin 30 illiyi ilə əlaqədar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirakı ilə təşkil olunmuş «Maliyyə bazarlarında islahatlar və tənzimləmə» və «Korporativ idarəetmə, dəyər yaratma və innovasiya» mövzularında keçirilən beynəlxalq konfranslarda iştirak edib.

Konfranslarda Azərbaycanla yanaşı Yaponiya, İngiltərə, İtaliya, Almaniya, Hollandiya, Braziliya, Səudiyyə Ərəbistanı, Tailand, Koreya, Pakistan, Hindistan, Misir və İraq kimi ölkələrin aparıcı kapital bazarı tənzimləyiciləri, fond birjaları və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR