«DəmirBank» yeni pulköçürmə sisteminə qoşulub
23 fevral 2012 11:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Lider» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistemlə müştərilər 30-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə vəsait göndərə və ala bilərlər.
Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Böyük Britaniya, İtaliya, İspaniya, BƏƏ, ABŞ, Kanada, Çin və s. ölkələr var.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarovun sözlərinə görə, yeni köçürmə sisteminin xüsusi kartları pulsuz olaraq müştərilərə təqdim olunacaq və həmin kartlarda müştərinin rekvizitləri əks olunacaq. Nəticədə, kartın nömrəsi ilə müştəri pul göndərə və ya ala biləcək. «Bu da müştərilərin rahatlığı baxımından olduqca əlverişlidir. Bundan başqa, «Lider» sistemindən istifadə edən müştərilər bonus proqramında iştirak edib, hədiyyələr qazana bilərlər», - deyə Y.Cabbarov bildirib.
Xatırladaq ki, «DemirBank» ASC 1989-cu ildə «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda «DəmirBank»ın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvarın 1-nə bankın 30 filialı, 55 bankomatı, 333 POS-terminalı və 745 işçisi olub.

Maliyyə
Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən Respublika Fənn Olimpiadaları yekunlaşıb
17:19
23 may 2024
“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir
16:46
23 may 2024
"Rabitəbank"da əmanətiniz qazanc üstə qazanc gətirəcək
15:53
23 may 2024
Nazir: Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, xərclərin ümumi çəkisi ÜDM-in 34 faizinə çatdırılacaq
15:18
23 may 2024