Bank Of Baku

Qazaxıstanın Aktyubinsk vilayətinin qubernatoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb

Qazaxıstanın Aktyubinsk vilayətinin qubernatoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb
# 23 fevral 2012 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda səfərdə olan Qazaxıstanın Aktyubinsk vilayətinin qubernatoru Arximed Muxambetovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə olunub, qarşılıqlı rəsmi səfərlərin, imzalanmış sənədlərin, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın əlaqələrin inkişafında əhəmiyyətli vurğulanıb.

Aktyubinsk vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.

Azərbaycana səfər çərçivəsində Qazaxıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə də tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR