Bank Of Baku

Yanukoviç Yuşşenkonun yaxın dostunu nazir təyin edib

Yanukoviç Yuşşenkonun yaxın dostunu nazir təyin edib
# 23 fevral 2012 13:55 (UTC +04:00)
APA-Economics”in “İnterfax-Ukraina”ya istinadən xəbərinə görə, bu barədə Regionlar Partiyasının Ali Radadakı fraksiyasının rəhbəri Aleksandr Yefremov açıqlama verib. Onun nazir vəzifəsinə namizədliyini baş nazir Nikolay Azarov irəli sürüb.

Ukraynanın ən varlı oliqarxlarından biri olan P.Poroşenko 22 fevral 2007-ci ildən ölkənin Milli Bankının Şurasına başçılıq edir. O, “5-ci kanal”ın sahibi, sabiq prezident Viktor Yuşşenkonun yaxın dostu və qohumudur - Poroşenkonun əkiz qızlarının xaç atası Yuşşenkodur.

Bundan başqa, prezident Viktor Yanukoviç Milli Bank sədrinin birinci müavini Yuri Kolobovu maliyyə naziri təyin edib.

Qeyd edək ki, bu il yanvarın 18-də maliyyə naziri təyin olunan 43 yaşlı Valeri Xoroşkovski bu gün baş nazirin birinci müavini təyin edilməsi ilə əlaqədar işdən azad edilib. 2010-cu ildən Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbərlik edən iqtisad elmləri doktoru V.Xoroşkovski bundan əvvəl Prezident Administrasiyası rəhbərinin müavini, iqtisadiyyat və avrointeqrasiya naziri, Təhlükəsizlik Xidmətinin sədr müavini, Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini və Dövlət Gömrük Komitəsinin sədri vəzifələrində çalışıb.

V.Xoroşkovski Ukraynanın tanınmış biznesmenlərindən və mediamaqnatlarından biri olub, “U.A. Inter Media Group”a başçılıq edib. “Focus” jurnalı 2010-cu ildə onun varidatını 1,160 mlrd. dollar həcmində qiymətləndirib. Dövlət strukturlarında işə başladıqdan sonra media-qrupdakı vəzifələrini evdar qadın olan həyat yoldaşına həvalə edib. Ukrayna mətbuatı tezliklə baş nazir Nikolay Azarovun istefaya göndəriləcəyini və V.Xoroşkovskinin hökumət başçısı təyin olunacağını yazır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR