Bank Of Baku

Avropa Komissiyası: Avrozonanı yeni böhran gözləyir

Avropa Komissiyası: Avrozonanı yeni böhran gözləyir
# 24 fevral 2012 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa iqtisadiyyatı artıq bu ilin birinci rübündə yenidən böhranla üzləşəcək. “APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, bu proqnozla Avropa Komissiyası çıxış edib.

Hətta bu ilin yekununda ÜDM-in azalacağını ehtimal edən komissiya Avropa Birliyinin (AB) dövlət borcu və büdcə konsolidasiyası baxımından daha problemli ölkələri - İtaliya (-1,3%), İspaniya (-1%) və Yunanıstan (-4,3%) üçün illik iqtisadi proqnozlarını daha da azaldıb.

Avrozonanın 17 ölkəsinin bu ilin I rübündə 0,3% azalacağı, AB-nin 27 ölkəsinin iqtisadiyyatında isə heç bir dəyişiklik olmayacağı gözlənilir. Halbuki ötən ilin noyabr ayında Avropa Komissiyasının bu proqnozları müvafiq olaraq +0,5% və +0,6% olub.

Bununla bel, 2012-ci ildə Almaniya Avropa iqtisadiyyatının lokomotivi olmaqda davam edəcək. Avropa Komissiyası bu il Almaniyada ÜDM-in 0,6% artacağını proqnozlaşdırır. Eləcə də Latviya, Litva və Polşada iqtisadi artım müşahidə olunacaq. Fransada ÜDM-in artım proqnozu isə 0,%-dən 0,4%-ə qədər azaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR