Bank Of Baku

Ötən ilin son rübündə Almaniyada ÜDM-in həcmi 0,2% azalıb

Ötən ilin son rübündə Almaniyada ÜDM-in həcmi 0,2% azalıb
# 24 fevral 2012 08:57 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən ilin son rübündə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada ÜDM-in həcmi rüblük müqayisədə 0,2% azalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Milli Statistika Bürosu açıqlama yayıb.

Azalmaya səbəb istehlak xərclərinin və nəqliyyat investisiyalarının azalması olub. Eyni zamanda ixracın həcmi də azalıb - 0,8%. Tikintiyə investisiyalar isə 1,9% artıb.

Açıqlamada bildirilir ki, illik müqayisədə Almaniya iqtisadiyyatı 2011-ci ilin oktyabr-dekabr aylarında 2% artıb ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Qeyd edək ki, ötən ilin ilk 3 rübündə Almaniyada ÜDM-in həcmində artım müşahidə olunub. Bu göstərici müvafiq olaraq 1,3%, 0,3% və 0,6%-dir. İllik müqayisədə isə sözügedən rüblərdə artım 4,7%, 2,9% və 2,7% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR