Bank Of Baku

Türkiyədə əhalinin və vergi ödəyicilərinin say artımı arasında paradoks yaranıb

Türkiyədə əhalinin və vergi ödəyicilərinin say artımı arasında paradoks yaranıb
# 24 fevral 2012 09:50 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə əhalisinin sayı son 5 ildə 4 138 13 nəfər artaraq 74 724 269 nəfərə çatıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Statistika Qurumu açıqlama yayıb.

Türkiyənin Vergilər Nazirliyi isə hesabat dövründə vergi ödəyicilərinin sayının cəmi 331 min nəfər artaraq 6 417 606 nəfərə çatdığını bildirib.

Son 5 ildə ölkədə gəlir vergisi ödəyicilərinin 1 mln. 704 min nəfərə, sadələşdirilmiş vergi ödəyicilərinin sayı isə 714 693 nəfərə qədər azalıb. Vergi ödəyicilərində daha çox artım daşınmaz əmlak investorlarının sayında qeydə alınıb. Hesabat dövründə onların sayı 696 905 nəfərdən 1 mln. 41 min nəfərə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR