Bank Of Baku

Azərbaycan Sənaye Bankı nizamnamə kapitalını artırır

Azərbaycan Sənaye Bankı nizamnamə kapitalını artırır
# 24 fevral 2012 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azərbaycan Sənaye Bankı» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Səhm emissiyası Bakı Fond Birjasında (BFB) yerləşdiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, AZ100100545P qeydiyyat nömrəsi olan bu buraxılışın məcmu həcmi 4 mln. manat, səhmlərin nominal dəyəri 0,2 manat təşkil edir, səhmlərin ümumi sayı isə 20 mln. ədəddir. Beləliklə, buraxılışın uğurla həyata keçirilməsi nəticəsində bankın nizamnamə kapitalı 16,7% artaraq 28 mln. manata çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR