Bank Of Baku

«Zamin Bank» ötən il aktivlərini 48% artırıb

«Zamin Bank» ötən il aktivlərini 48% artırıb
# 24 fevral 2012 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci ilin yanvarın 1-nə 358,607 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 48% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 41% artaraq 217,004 mln. manat, depozit portfeli isə 2 dəfə artaraq 111,192 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 43% artaraq 107 707, o cümlədən fiziki şəxslərin sayı 47% artaraq 99 378, hüquqi şəxsləri sayı 7,3% artaraq 8 329 olub.

Bankın plastik kartlarının ümumi sayı 22,5% artaraq 32 265-ə, o cümlədən kredit kartlarının sayı 53% artaraq 1 168-ə, debet kartlarının sayı isə 21% artaraq 31 097-ə çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR