Bank Of Baku

«FINCA Azerbaijan» kredit dərəcələrini azaldıb

«FINCA Azerbaijan» kredit dərəcələrini azaldıb
# 24 fevral 2012 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatı müştərilərə təqdim etdiyi bütün növ kredit məhsulları üzrə faiz dərəcələrini azaldıb.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kredit məhsulundan asılı olaraq endirimlər illik 3%-dən 6,6%-ə qədər olub. «Faiz dərəcələri ilə yanaşı bəzi kredit məhsulları üzrə komissiya haqları da azaldılıb. İndi kiçik və orta sahibkarlıq sahəsinə verilən kreditlər aylıq 2% (illik 24%) dərəcəsi ilə təklif olunur. Yeni faiz dərəcələri və komissiya haqları artıq fevral ayından qüvvədədir», - deyə koordinator bildirib.
Z.Nurməmmədov qeyd edib ki, bu dəyişikliklər «FINCA Azerbaijan»ın müştəri xidmətlərinin keyfiyyəti və şəffaflığının artırılması və müştərilərə ən uyğun bazar qiymətləri ilə kredit məhsullarının çatdırılması üzrə apardığı siyasətin tərkib hissəsidir.
Qeyd edək ki, ötən il təşkilat faiz dərəcələrində iki dəfə endirim edib.
Xatırladaq ki, «FINCA Mikro-Finance Holding»in («Finca İnternational» - ABŞ) törəmə şirkəti olan «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filialı və 34 ofisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR