Bank Of Baku

«Unibank» avtokreditlər üzrə şərtləri yumşaldır

«Unibank» avtokreditlər üzrə şərtləri yumşaldır
# 24 fevral 2012 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC kreditlə alınan qərb istehsalçılarının avtomobilləri üzrə buraxılış tarixini 2002-ci ilə qədər genişləndirərək avtokreditlərin şərtlərini yaxşılaşdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yürüşü olan maşınların əksər çeşidi üçün bütün kreditlər üzrə ilkin ödəniş alınan avtomobilin dəyərinin 30%-ni təşkil etdiyi halda, Bankın faiz dərəcəsi artıq illik 16%-dən başlayır.

İşlənmiş avtomobillərin kreditləşmə müddəti 1-3 il ola bilər. Kreditləşmə müddəti və ilkin ödənişin həcmindən asılı olaraq avtokreditlər üzrə faiz dərəcələri də dəyişir. «Unibank»da avtokreditləşmənin şərtləri sırasında əlavə komissiya haqlarının və gizli ödənişlərin olmamasını, cərimə sanksiyaları tətbiq edilmədən krediti vaxtından əvvəl bağlamaq imkanını və müştəri tərəfindən kredit valyutasının sərbəst seçilməsini qeyd etmək olar. Bundan əlavə, kreditlə alınan avtomobilin sığortalanması üzrə xərclər avtokreditin məbləğinə əlavə edilə bilər. Kredit ərizəsi üzrə qərarın verilməsi üçün müştəri yalnız avtomobilin texniki pasportunu və sürücülük vəsiqəsini təqdim etməlidir.

Son bir il ərzində «Unibank» ASC-nin avtokreditləşmə portfeli 34% artaraq fevral ayının əvvəlinə 89,5 mln. manat təşkil edib. Bankın İdarə Heyəti sədrinin müavini Faiq Zeynalovun sözlərinə görə, bu dövr ərzində avtokredit cəlb edənlərin sayı 19% artıb və 10 min nəfərə yaxınlaşıb.

Xatırladaq ki, avtokredit proqramları çərçivəsində «Unibank» Bakıda və bölgələrdə 30-dan artıq diler və avtosalonlarla əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR