«Zamin Bank»ın faiz mənfəəti ötən il iki dəfə artıb
24 fevral 2012 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin 2011-ci ildə 0,362 mln. manat mənfəət əldə edib ki, bu da 2010-cu ilin mənfəətindən 4 dəfə azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 70% artaraq 36,530 mln. manat, o cümlədən faiz gəlirləri 57% artaraq 25,832 mln. manat, qeyri-faiz gəlirləri isə 2,1 dəfə artaraq 10,698 mln. manat təşkil edib. Bununla yanaşı, bankın ümumi xərcləri 80% artaraq 36,168 mln. manat, o cümlədən faiz xərcləri 20% artaraq 9,443 mln. manat, qeyri-faiz xərcləri 2,2 dəfə artaraq 26,725 mln. manat olub.
Təhlil olunan müddət ərzində bankın faiz mənfəəti təxminən iki dəfə artaraq 16,390 mln. manat, qeyri-faiz zərəri isə 2,2 dəfə artaraq 16,027 mln. manata çatıb.
Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı və 1 891 POS-terminalı mövcuddur.

Maliyyə
Zakir İbrahimov: Qızıl sikkələr "AzerGold" üçün əlavə gəlir mənbəyi formalaşdırıb
15:56
22 may 2024
Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
15:55
22 may 2024
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
15:00
22 may 2024
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
14:57
22 may 2024