Bank Of Baku

Azərbaycanda könüllü avtomobil sığortası üzrə daxilolmaların həcmi 30% artıb

Azərbaycanda könüllü avtomobil sığortası üzrə daxilolmaların həcmi  30% artıb
# 24 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar ərzində Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 3,215 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 28% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 75% artaraq 1,554 mln. manata çatıb.

Bundan başqa, yanvar ayında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 2,030 mln. manat olub ki, bu da analoji əvvəlki ilin analoji göstəricisindən 6,5 dəfə çoxdur. Bu ilin yanvarında icbari avtomobil sığortası üzrə heç bir ödəniş aparılmayıb.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazardakı məcmu sığorta haqqında xüsusi çəkisi 8,7%, icbari avtomobil sığortasının payı isə 5,4% təşkil edib.

Aparılan araşdırmalara görə, bazarda avtomobil sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkəti tərəfindlən aparılıb.

Xatırladaq ki, 2011-ci ilin yanvar ayında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 37,002 mln. manat, ödənişlərin həcmi isə 4,4 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR