Bank Of Baku

Meksikada «G-20»-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammiti başlayır

Meksikada «G-20»-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammiti başlayır
# 25 fevral 2012 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Meksikada «G-20» təşkilatının maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri səviyyəsində ikigünlük sammit işə başlayacaq. «APA-Economics»in xəbər verdiyi kimi, sammitin əsas mövzuları sırasında Beynəlxalq Valyuta Fondunun və Avropada maliyyə dəstəyi mexanizmlərinin möhkəmlənməsi olacaq.

Cari ildə «G-20»-yə sədrlik edən Meksikanın prezidenti Felipe Kalderon bəyan edib ki, bu il dünyada iqtisadi sabitliyin təmin edilməsi, maliyyə institutlarının möhkəmləndirilməsi, ərzaq məhsullarının qiymət dəyişkənliyinin azaldılması kimi məsələlərə əsas diqqət yetiriləcək.

Qeyd edək ki, «G-20»-nin üzvləri sırasında Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, CAR, Fransa, Yaponiya və Avropa İttifaqı var. Həmçinin, BVF, Avropa Mərkəzi Bankı və Dünya Bankı «G-20»-nin görüşlərinin daimi iştirakçılarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR