Bank Of Baku

Yanvarda Azərbaycanda 37 mln. manatdan çox sığorta haqqı toplanılıb

Yanvarda Azərbaycanda 37 mln. manatdan çox sığorta haqqı toplanılıb
# 27 fevral 2012 07:15 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 4,399 mln. manat olub.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,764 mln. manat, qeyri-həyat sığortası üzrə 30,817 mln. manat, icbari sığorta növləri üzrə isə 3,421 mln. manat olub.

Təhlil olunan dövr ərzində daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (24,129 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,147 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (2,030 mln. manat) və «Yüklərin sığortası» (1,194 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 65,2%, 8,5%, 5,5% və 3,2% təşkil edib.

Ödənişlərə gəldikdə isə qeyd olunan müddət ərzində qeyri-həyat sığortası üzrə 4,025 mln. manat, icbari sığorta növləri üzrə isə 374,338 min manat həcmində ödəniş həyata keçirilib. Həyat sığorta üzrə isə heç bir ödəniş edilməyib.

Ödənişlərdə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (1,536 mln. manat və ya 35%), «Tibbi sığorta» (1,055 mln. manat və ya 24%) və «Hava nəqliyyatı vasitələrinin sığortası» (0,853 mln. manat və ya 19%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 29 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR