Bank Of Baku

«NBC Bank» yeni kredit məhsulu təklif edir

«NBC Bank» yeni kredit məhsulu təklif edir
# 27 fevral 2012 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC müştərilərə avtokredit bazarında yeni xidmət növü təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu avtomobilin texniki baxışını, əlavə avadanlıqların quraşdırılmasını, ehtiyat hissələrini və ümumilikdə təmir xərclərini hissə-hissə ödəməyə imkan verən kreditli servis xidmətidir.

Bankdan bildirilib ki, kreditli servis xidməti müştərilərin büdcəsinə qənaət, minimum sənəd toplusu, banka gəlmədən, «Nissan», «Infiniti», «Renault» və «Ford» avtoservislərində krediti rəsmiləşdirmə imkanı, az məbləğ ödəməklə orijinal və zəmanətli ehtiyat hissələrindən faydalanmaq və servis haqqını hissə-hissə ödəmək imkanı qazandırır.

Qeyd edək ki, bu kredit xidməti ancaq «Nissan», «Infiniti» və «Ford» avtomollərinə aiddir.

Xidmətin şərtləri haqqında ətraflı məlumat almaq üçün müştərilər «NBC Bank»la (99 412 514 01 16, 514 01 17, (055) 277 60 88) əlaqə saxlaya və ya www.facebook.com/NBCBankASC saytına daxil ola bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR