Bank Of Baku

G20 BVF-yə əlavə maliyyə yardımı ayrılması üçün şərt irəli sürüb

G20 BVF-yə əlavə maliyyə yardımı ayrılması üçün şərt irəli sürüb
# 27 fevral 2012 10:58 (UTC +04:00)
Bakı - APA-Economics. G20 ölkələri Beynəlxalq Valyuta Fonduna (BVF) əlavə maliyyə yardımı ayrılması üçün şərt irəli sürüb.

APA-Economics”in xəbərinə görə, bu barədə G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin Meksikada keçirilən görüşünün yekunlarına qəbul edilmiş kommünikedə bildirilir.

“Avropa borc problemlərinin mümkün yayılmasının qarşısını almaq üçün əlavə anti-böhran tədbirləri görməlidir. Yalnız bundan sonra G20 BVF-yə əlavə maliyyə yardımı ayrılması barədə qərar qəbul edə bilər” - deyə Meksika Mərkəzi Bankının rəhbəri Aqustin Karstensin açıqladığı kommünikedə qeyd olunub.

A.Karstens mart ayı ərzində Avropa ölkələrinin anti-böhran tədbirlərinə dair detallı müzakirələr aparmasının vacibliyini vurğulayıb. Buna səbəb aprel ayında G20 ölkələri maliyyə nazirlərinin aprel ayında keçiriləcək iclasında BVF-yə əlavə maliyyə yardımı ayrılmasının müzakirəyə çıxarılmasıdır.

BVF-nin icraçı direktoru Kristin Laqard isə qeyd edib ki, söhbət əlavə 500 mlrd. dollardan gedir: “Bu rəqəm dünya iqtisadi böhranının ekspert təhlili nəticəsində ortaya çıxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR