Bank Of Baku

«Bank Respublika» depozit portfelini ötən il 40% artırıb

«Bank Respublika» depozit portfelini ötən il 40% artırıb
# 27 fevral 2012 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvar ayının 1-nə 312,993 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 22% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 9,7% artaraq 173,147 mln. manata, depozit portfeli 40% artaraq 161,391 mln. manata, o cümlədən müddətli depozitləri 0,2% azalaraq 68,460 mln. manata, tələb olunanadək depozitlər 97,5% artaraq 92,931 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 43% artaraq 92,931 mln. manata çatıb.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti təmsil olunur. Cari ilin yanvarın 1-nə bankın 33 filialı, 47 bankomatı, 296 POS-terminalı və 536 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR