«FINCA Azerbaijan»ın yerli filiallarında kassa xidmətləri tətbiq olunur
27 fevral 2012 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatı Xırdalan filialında kassa xidmətinin tətbiqinə başlayıb.
Təşkilatın Xüsusi layihələr Departamentinin direktoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, filialda kassa xidmətinin təşkili müştərilərə xidmət, yer və vaxt baxımından daha yüksək səviyyədə xidmət göstərilməsi ilə yanaşı təşkilata da böyük imkanlar yaradır. Hazırda «FINCA Azerbaijan»ın 24 filialında «FINCA International»ın yeni marka standartlarına uyğun olaraq hazırlanmış və müasir pulsayan və yoxlayan avadanlıqlarla, həmçinin siqnalizasiya və kamera qurğuları ilə təchiz edilmiş kassalar fəaliyyət göstərir.
Z.Nurməmmədov bildirib ki, təşkilat müştərilərinə daha cəld və keyfiyyətli xidmət göstərmək üçün yeni açılan və ya hazırda kassa fəaliyyət göstərməyən filiallarında da kassa açılışlarını davam etdirir. Belə ki, bu ayın sonunda Sabirabad, apreldə Goranboy və Masallı, mayda isə Tovuz filiallarında nağd kassa xidmətlərinin açılışını planlaşdırılır.
Qeyd edək ki, kassa xidməti tətbiq edilməmişdən öncə şirkətin hesabları digər banklarda olub.
Xatırladaq ki, «FINCA Mikro-Finance Holding»in («FINCA İnternational», ABŞ) törəmə şirkəti olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 29 filial və 34 ofisi var.

Maliyyə
BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır
12:56
9 may 2024
Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının həcminin artım potensialı qiymətləndirilib
12:26
9 may 2024
Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq
12:13
9 may 2024
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024