Bank Of Baku

Kredit dərəcələrinə təsir edən amillər açıqlanacaq

Kredit dərəcələrinə təsir edən amillər açıqlanacaq
# 27 fevral 2012 14:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Qabus» Tədqiqat və Məsləhət Şirkəti tərəfindən USAID-in Maliyyə Sabitliyi üzrə Əməkdaşlıq Proqramının (Partners for Financial Stability, PFS) dəstəyi ilə «Postsovet ölkələrində faiz dərəcələri üzrə trendlər: 2005-2011-ci illər» mövzusunda tədqiqat layihəsi həyata keçirilib.

«APA-Economics»in məlumatına görə, tədqiqat layihəsinə Azərbaycanla yanaşı Rusiya, Ukrayna, Moldova və Gürcüstandan da ixtisaslaşmış ekspertlər cəlb edilmb. Tədqiqat çərçivəsində postsovet ölkələrində faiz dərəcələri üzrə trendlər, faiz dərəcələrinə təsir edən amillər (monetar siyasət, inflyasiya gözləntiləri, bank sisteminin konsentrasiyası, əməliyyat xərcləri, bazarda rəqabət mühiti və s. faktorların təhlili), faiz dərəcələrinin sahibkarların kredit əlyetərliliyinə təsiri və s. məsələlər MDB ölkələrinin timsalında tədqiq olunub, habelə müvafiq məsələlərlə bağlı Azərbaycanın timsalında dərinləşdirilmiş tədqiqatlar aparılıb.

Aparılmış tədqiqatın nəticələri fevralın 28-də təqdim ediləcək. Təqdimat Bakıda aidiyyəti dövlət orqanları, beynəlxalq təşkilatlar və Azərbaycanın aparıcı bankların nümayəndələrinin və MDB ölkələrindən olan ekspertlərin iştirakı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR