Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi «Twitter» və «Youtube»də səhifə açıb

Azərbaycan Vergilər Nazirliyi «Twitter» və «Youtube»də səhifə açıb
# 27 fevral 2012 15:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytı və “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinin ardınca “Twitter” və “Youtube” sosial şəbəkələrində də Vergilər Nazirliyinin rəsmi səhifələri istifadəçilərin ixtiyarına verilib. Bu barədə «APA-Economics»ə nazirlikdən bildirilib.

«Youtube» səhifəmizdə nazirliyin təbliğat-təşviqat xarakterli reklam çarxları və digər bu qəbildən olan məlumat xarakterli video görüntüləri yer alır və mütəmadi şəkildə yenilənəcəyi nəzərdə tutulub» - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, «Twitter» sosial şəbəkəsinin informasiya ötürmə imkanları «Facebook» qədər geniş olmasa da, məlumatı daha operativ və sürətli ötürmə baxımından əlverişli hesab olunur. Məlumatlar lövhəsində 140 simvolluq yazı yerləşdirmə imkanı olduğundan, məlumat qısa şəkildə yazılaraq, nazirliyin «Facebook» səhifəsindəki mənbəyə istinad olunan keçid yazının sonuna əlavə edilir. Eyni zamanda «Twitter»də həm video görüntülər, həm də fotoşəkillər yerləşdiriləcək: «Bununla da Vergilər Nazirliyinin vətəndaşlara, o cümlədən vergi ödəyicilərinə daha sürətli informasiya ötürmək imkanları yaranıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR