Çexiya hökuməti pensiyaları dondurur
28 fevral 2012 07:38 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiya hökuməti büdcə kəsirini ixtisar etmək üçün pensiyaları dondurmaq qərarına gəlib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bunu ölkənin baş naziri Petr Neças bəyan edib.
Onun sözlərinə görə, təkcə bu il Çexiya hökuməti büdcə xərclərini 23 mlrd. kron (1,2 mlrd. avro) ixtisar etməlidir: “2013-2014-cü illərdə də hökumət iqtisadi tənəzzüllə mübarizə məqsədilə əhali arasında qeyri-populyar olan bir sıra addımlar atmalı, o cümlədən vergiləri artırmalı olacaq. Çünki bu addımlar zərurətdən doğur”.
Hökumətin hesablamalarına görə, pensiyaların dondurulması və vergilərin artırılması 2016-cı ildə Çexiyanın büdcə kəsirini sıfıra endirməyə imkan verəcək.

Maliyyə
PAŞA Sığortanın yeni kampaniyası ilə sığortasız mənzil qalmayacaq
10:00
22 may 2024
Bu günün valyuta məzənnələri
09:17
22 may 2024
PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya
18:37
21 may 2024
Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb
14:50
21 may 2024