Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankına yeni reytinq verməyə hazırlaşır

«Fitch Ratings» agentliyi Azərbaycan Beynəlxalq Bankına yeni reytinq verməyə hazırlaşır
# 28 fevral 2012 11:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) «BB+» səviyyəsində olan reytinqini «Rating Watch»un «neqativ» siyahısında saxlayıb. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda Bankın dayanıqlıq reytinqi «cc» səviyyəsindən «f» səviyyəsinə qədər endirilib.

Agentliyin məlumatında deyilir ki, bu addımlar Azərbaycan hökumətinin Bankın subordinasiya borcu hesabına rekapitalizasiyası üzrə addımlardan sonra həyata keçirilib. Agentlik bu addımları müsbət qiymətləndirir və qeyd edir ki, Bankın reytinqi hazırkı səviyyədə təsdiqlənə bilər. Eyni zamanda, bu tədbirlərin kifayət etməməsi ehtimalları ilə bağlı reytinq hələ də «Rating Watch»un «neqativ» siyahısında saxlanılıb.

Agentliyin məlumatına görə, fevralın 21-də Azərbaycan Mərkəzi Bankının ABB-yə verdiyi 150 mln. manat həcmində qısamüddətli prioritet kreditləri 5 illik subordinasiya borcunaa konvertasiya edib. Bu alət birinci dərəcəli kapital kimi klassifikasiya olunacaq. Bundan əlavə, ABB yeni səhm buraxılışı elan edib ki, emissiyanın həcmi 100 mln. manata bərabərdir. Agentliyin məlumatına görə, Maliyyə Nazirliyi öz payının ödənilməsi üçün artıq Banka 50 mln. manat köçürüb.

ABB-nin dayanıqlıq reytinqinin aşağı salınması Bankın rekapitalizasiyasının fövqəladə və zəruri dəstək kimi Agentlik tərəfindən qiymətləndirildiyini əks etdirir. Agentliyin məlumatında deyilir ki, gələcəkdə rekapitalizasiya kifayət edən addım hesab olunarsa, Bankın reytinqi təsdiqlənəcək, dayanıqlıq reytinqi isə yüksəldiləcək, əks halda - reytinq «neqativ» siyahısında saxlanılacaq, dayanıqlıq reytinqi isə «f» səviyyəsində təsdiqlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR