Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri İordaniyada səfərdə olub - FOTO

Azərbaycanın iqtisadi inkişaf naziri İordaniyada səfərdə olub - <font color=red>FOTO</font>
# 28 fevral 2012 12:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti İordaniyada səfərdə olub.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini İordaniyanın baş naziri Aun Xasavneh qəbul edib.

Görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq və qarşılıqlı investisiya yatırımı imkanları müzakirə olunub. İordaniyanın regionda ən stabil ölkə olduğunu xüsusi vurğulayan A.Xasavneh xarici investisiya üçün ölkəsinin ən əlverişli şəraitə malik olduğunu qeyd edib.

Ş.Mustafayev öz növbəsində ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində hökumətlərarası müştərək komissiyanın fəaliyyətindən danışıb.

Baş nazirlə görüşdə İordaniyanın sənaye və ticarət naziri, eyni zamanda İordaniya-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri S.Qammuh, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri S.Həssan və digər rəsmilər iştirak ediblər.

İordaniyanın Sənaye və Ticarət Nazirliyində ikitərəfli görüş zamanı İordaniyanın iqtisadi inkişaf və investisiya layihələrinin geniş təqdimatı keçirilib, ölkələr arasında qarşılıqlı investisiya yatırımı imkanları müzakirə edilib. Öz növbəsində Azərbaycan nümayəndə heyəti də Azərbaycanda nəzərdə tutulan investisiya layihələri haqqında məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ş.Mustafayevi həmçinin İordaniya Kralının şəxsi dəftərxanasının rəhbəri İ.Fəxuri qəbul edib. Kralın iqtisadi məsələlər üzrə müşaviri A.Hədidinin də iştirakı ilə keçən görüşdə ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşlərdə və aparılan danışıqlarda Azərbaycanın İordaniyadakı səfiri E.Araslı da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR