Bank Of Baku

«Access Bank» avtomobil sığortası üzrə polislərin satışına başlayıb

«Access Bank» avtomobil sığortası üzrə polislərin satışına başlayıb
# 28 fevral 2012 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC bu gündən avtomobil sahibləri üçün icbari sığorta polislərinin təqdim olunması xidmətinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Access Bank» müştəriləri hər hansı bir şirkətin sığorta polisini almağa məcbur etmir, Azərbaycanın üç sığorta şirkətinin («AXA-Mbask», «Paşa Sığorta» və «Atəşgah Sığorta») polislərini sərbəst şəkildə seçməyi təklif edir. Bundan sonra, «Access Bank»ın müştəriləri polisləri seçərək onları bankın istənilən filialında tez bir zamanda rəsmiləşdirə bilərlər.

Bankın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, bir çox banklar və sığorta agentləri müştərilərə müəyyən bir sığorta şirkətinin polislərini təklif edirlər: «Access Bank»da müştərilər istənilən aparıcı sığorta şirkətinin polisini seçə və eyni zamanda əməkdaşlarımızın göstərdiyi keyfiyyətli xidmətdən faydalana bilərlər», - deyə sədr qeyd edib.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 29 filialı, 31 bankomatı və 58 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR