Bank Of Baku

«Paşa Bank» nizamnamə kapitalını artırır

«Paşa Bank» nizamnamə kapitalını artırır
# 29 fevral 2012 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 13 686,94 manat, sayı 10 min ədəd, emissiyanın ümumi həcmi isə 136 869 400 manat təşkil edir. Emissiya «Paşa Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 12 347,47 manat olan 10 min ədəd və 123 474 700 manatlıq) adi adlı sənədsiz səhmləri yeni parametrlərə konvertasiya olunmaqla həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 10,8% artaraq 136 869 400 manata çatacaq.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 509,074 mln. manat, kredit portfeli 245,435 mln. manat, depozit portfeli 371,040 mln. manat, məcmu kapitalı 143,022 mln. manat, o cümlədən nizamnamə kapitalı 123,475 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR