Bank Of Baku

«Turanbank» nizamnamə kapitalını artırır

«Turanbank» nizamnamə kapitalını artırır
# 29 fevral 2012 13:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Turanbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 082 manat, sayı 22 min ədəd, emissiyanın ümumi həcmi isə 23,804 mln. manat təşkil edir. Emissiya «Turanbank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 1 000 manat olan 22 min ədəd və 22 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 8,2% artaraq 23,804 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvarın 1-nə bankın aktivləri 173,3 mln. manat, kredit portfeli 121,6 mln. manat, depozit portfeli 73,7 mln. manat, məcmu kapitalı 26 mln. manat, o cümlədən nizamnamə kapitalı 22 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR