Bank Of Baku

Sorğu: «Atəşgah Sığorta» Azərbaycanda avtomobil sahibləri arasında ən çox tanınan sığorta şirkətidir

Sorğu: «Atəşgah Sığorta» Azərbaycanda avtomobil sahibləri arasında ən çox tanınan sığorta şirkətidir
# 29 fevral 2012 15:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə «AA&M» reklam şirkəti tərəfindən aparılan tədqiqatların nəticələrinə görə, «Atəşgah Sığorta» şirkəti Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, adıçəkilən tədqiqatı aparmaqda məqsəd ümumilikdə avtomobil sığortası bazarı (əsasən, könüllü avtomobil sığortası) və onun potensial həcminin öyrənilməsi olub.

Sorğuda iştirak edən respondentlərin 22,1%-nin rəyinə görə, «Atəşgah Sığorta» ölkədə ən çox tanınan üç sığorta şirkətləri arasında birinci yeri tutur.

«Atəşgah Sığorta» şirkəti həmçinin könüllü avtomobil sığortası üzrə güclü mövqedə qərarlaşıb. Belə ki, respondentlərin 30%-i könüllü sığortadan bəhs edildikdə məhz «Atəşgah» şirkətini xatırlayıb.

Qeyd edək ki, tədqiqat 2011-ci ilin noyabr-dekabr aylarında aparılıb və Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə edib. Sorğuda 20-54 yaş arası 1 695 respondent (kişi və qadın) iştirak edib. Sorğunun predmetinə avtomobil sığortası sahəsində göstərilən xidmətlərin tələb səviyyəsi, avtomobil sığortası polisinin əldə edilməsində səbəblər və sığorta xidmətləri haqqında ümumi bilgilər aid olub. Sorğulanan avtomobil sahiblərinin 99%-i sığorta termini ilə tanış olduqlarını bildiriblər.

«Atəşgah Sığorta» şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR