Bank Of Baku

“Parabank” yeni endirim aksiyası keçirir

“Parabank” yeni endirim aksiyası keçirir
# 01 mart 2012 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC «İnfinite», «Platinum» və «Gold» kartlarının xanım sahiblərinə 8 Mart bayramı münasibətilə sağlamlıq və gözəllik mərkəzlərində endirimlər təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, xanımlar sadəcə «Parabank»ın «İnfinite», «Platinum» və ya «Gold» kartlarını təqdim etməklə 20% «Ambassade de la beaute», 70% «Curves», 20% «Kurland», 20% «Lanel estetik», 20% «Baku Nobel Oil Club», 20% «Kempinski hotel & resort (bowling)»dan hər bir xidməti endirimlə əldə edəcəklər.

Bu kart sahibləri ətraflı məlumat almaq üçün banka «Call Center 139» a zəng edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 247 POS-terminalı və 418 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR