Bank Of Baku

Martın 15-də «AtaSığorta»nın yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq

Martın 15-də «AtaSığorta»nın yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq
# 02 mart 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 15-də Bakı Fond Birjasında (BFB) «AtaSığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nın qeyri-kotirovka vərəqəsinə daxil edilmiş səhmlərin ümumi sayı 200 min ədəd, nomina dəyəri 25 manat, emissiyanın həcmi isə 5 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Brokdil-Az» MMC çıxış edir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra, sığorta şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 10 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR