Bank Of Baku

Azərbaycanda bu il dövlət ipoteka kreditləşməsi aparılmayıb

Azərbaycanda bu il dövlət ipoteka kreditləşməsi aparılmayıb
# 02 mart 2012 07:36 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yanvar ayında dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

Lakin bu, cari ilin ilk ayında ipoteka kreditlərinin verilməsinə mane olmayıb. Yanvarda İpoteka Fondunun (AİF) xətti ilə 2,07 mln. manat həcmində ipoteka krediti verilib.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 347,61 mln. manata çatıb. Nəticədə, 2012-ci il fevralın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 38,6 manata çatıb. Müqayisə üçün bildirək ki, 2011-ci ilin sonunda bu rəqəm 37,8 manat olub.

Yanvarda AİF tərəfindən 4,69 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib.

İndiyədək verilən ipoteka kreditlərinin 265,66 mln. manatı və ya 76,42%-i təkrar maliyyələşdirilib. Yanvarda İpoteka Fondu istiqraz buraxmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR