Bank Of Baku

Rusiyanın dövlət borcu ötən il 10% azalıb

Rusiyanın dövlət borcu ötən il 10% azalıb
# 02 mart 2012 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın dövlət borcunun həcmi 2011-ci ildə dollarla 10,4%, avro ilə 8,4% azalıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb.

Cari ilin 1 yanvarına Rusiyanın dövlət borcu 35,8 mlrd. dollar (27,7 mlrd. avro) təşkil edib. Ötən ilin dekabr ayında dövlət borcunun həcmi dollarla 0,1% azalıb, avro ilə 3,8% artıb.

Rusiyanın əsas borc maddəsi avroobliqasiyalar olaraq qalır - 29,2 mlrd. dollar. Hazırda ölkənin beynəlxalq təşkilatlara borcu 2,5 mlrd. dollar, digər kreditorlara borcu 1,45 mlrd. dollar, keçmiş SSRİ-nin nizamlanmayan borcu isə 55,8 mln. dollar təşkil edir.

Qeyd edək ki, əsrin ilk 10 ili ərzində Rusiyanın dövlət borcu 5 dəfə azalıb. Bununla belə, milli valyuta ilə ifadə olunan daxili borc getdikcə artır. Maliyyə Nazirliyinin proqnozuna əsasən, 2012-2014-cü illərdə daxili borc ilə 2 trln. rubl (66 mlrd. dollar) olmaqla artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR