Bank Of Baku

“Texnikabank” Yol Patrul Xidmətinin avtomobillərində 400 POS-terminal quraşdırıb

“Texnikabank” Yol Patrul Xidmətinin avtomobillərində 400 POS-terminal quraşdırıb
# 02 mart 2012 08:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC Yol Patrul Xidmətinin avtomobillərində, notariat kontorlarında, eyni zamanda xidmət və ticarət sahələrində nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün köşklər və POS-terminallar quraşdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cərimələrin nağdsız və yerində ödənişini həyata keçirmək məqsədilə bank tərəfindən Yol Patrul Xidmətinin avtomobillərini 400 POS-terminalla təmin edib və 36 köşk yerləşdirilib. Eyni zamanda notariat kontorlarında 93 köşk, xidmət və ticarət sahələrində isə 2000 POS-terminal quraşdırılıb.

Nağdsız, elektron ödənişlərin inkişafı istiqamətində «Texnikabank» yeni layihələr hazırlayır və tezliklə digər sahələrdə də elektron ödənişlərin həyata keçirilməsi təmin ediləcək.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR