Bank Of Baku

«Texnikabank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Texnikabank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 02 mart 2012 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Texnikabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 4 008 ədəd, emissiyanın ümumi həcmi isə 4,008 mln. manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edir. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 6,2% artaraq 68,808 mln. manata çatacaq.

Qeyd edək ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Cari ilin yanvarın 1-nə bankın aktivləri 629,3 mln. manat, kredit portfeli 434,9 mln. manat, depozit portfeli 338,7 mln. manat, məcmu kapitalı 99,1 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,8 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank»ın adi adlı sənədsiz səhmləri 2009-cu ilin sonundan etibarən BFB-də birinci səviyyəli listinqə daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR