Bank Of Baku

Braziliya prezidenti inkişaf etmiş ölkələri “maliyyə sunamisi” yaratmaqda ittiham edib

Braziliya prezidenti inkişaf etmiş ölkələri “maliyyə sunamisi” yaratmaqda ittiham edib
# 02 mart 2012 10:16 (UTC +04:00)
Bakı - APA-Economics. Braziliya prezidenti Dilma Russef inkişaf etmiş ölkələri “ucuz pullar sunamisi” yaratmaqla inkişaf etməkdə olan ölkələrə zərər vurmaqda ittiham edib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, prezident bildirib ki, bu pullar kütləvi şəkildə Braziliyaya da ixrac olunur, bu isə milli valyutanın kursunun əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Braziliya realının məzənnəsi bu ilin əvvəlindən dollara qarşı 9% möhkəmlənib və hazırda 1 dollara 1,7 reala satılır.

Braziliyanın maliyyə naziri Qvido Manteqa “valyuta müharibəsi”ndə bütün mümkün vasitələrlə müdafiə olunacaqlar, o cümlədən xarici investisiyalara tətbiq olunan verginin müddəti 3 il uzadılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR