Bank Of Baku

«Joint Leasing» şirkəti ötən il lizinq portfelini 10% artırıb

«Joint Leasing» şirkəti ötən il lizinq portfelini 10% artırıb
# 02 mart 2012 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci ilin yanvarın 1-nə 30,814 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 9,3% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin aktivləri 9,08% artaraq 30,128 mln. manata, lizinqə verilən avadanlıqların dəyəri 11,37% artaraq 26,192 mln. manata, lizinq müqavilələrinin ümumi sayı isə 6,3% artaraq 185-ə çatıb.

Qeyd edək ki, lizinq portfelinin strukturunda tikinti, nəqliyyat, yeyinti və yüngül sənaye və xidmət sahələri daha çox paya malik olub.

Qeyd edək ki, Azərbaycanın aparıcı lizinq şirkətlərindən biri «Joint Leasing» şirkəti 2007-ci il iyun ayından «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» birgə müəssisəsi 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR