Bank Of Baku

Ötən il «Bank Respublika»nın faiz mənfəəti kəskin artıb

Ötən il «Bank Respublika»nın faiz mənfəəti kəskin artıb
# 02 mart 2012 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin 2011-ci ildə əldə etdiyi mənfəətin həcmi 10,716 mln. manat təşkil edib. Bundan əvvəlki ili isə bank 2,211 mln. manat zərərlə başa vurub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirləri 0,5% azalaraq 36,984 mln. manat, o cümlədən faiz gəlirləri 5,7% azalaraq 25,339 mln. manat, qeyri-faiz gəlirləri 13% artaraq 11,645 mln. manata çatıb.

Həmçinin, qeyd olunan dövrdə bankın ümumi xərcləri 33% azalaraq 26,268 mln. manat, o cümlədən faiz xərcləri 43% azalaraq 9,106 mln. manat, qeyri-faiz xərcləri isə 17,4% artaraq 20,715 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 50% artaraq 16,233 mln. manat, qeyri-faiz zərəri isə 24% artaraq 9,070 mln. manat təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti var. Cari ilin yanvarın 1-nə bankın 33 filialı, 47 bankomatı, 296 POS-terminalı və 536 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR