Bank Of Baku

Ən çox qızıl alan ölkələrin adları açıqlanıb

Ən çox qızıl alan ölkələrin adları açıqlanıb
# 02 mart 2012 13:09 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il dünyada ən çox qızıl alan ölkələrin adları açıqlanıb. “APA-Economics”in xəbərinə görə, ilk üçlükdə Hindistan, Çin və ABŞ qərarlaşıb.

Sonrakı yerlərdə Almaniya, Türkiyə, İsveçrə, Tailand, Vyetnam, Rusiya və Səudiyyə Ərəbistanı gəlir.

Eyni zamanda 2011-ci ildə qızıla olan tələbat son 14 ildə tarixi maksimuma çatıb - 4067 ton. Ümumdünya Qızıl Şurasının məlumatına görə, dövlətlər bu həcmdə qızıl almaq üçün 205 mlrd. dollar vəsait xərcləyiblər.

Ötən il 1 unsiya qızılın orta qiyməti illik müqayisədə 28% artaraq 1571,5 dollara çatıb. “Thomson Reuters”in proqnozuna əsasən 2013-cü ilin əvvəlində bu göstərici 2 min dollara yüksələcək.

Qızılın 2009-2011-ci illərdə bahalaşmasının əsas səbəbi kimi Çin və Hindistan əhalisinin artan tələbatı göstərilir. Bundan başqa, adı çəkilən ölkələrin Mərkəzi Bankları da bu qiymətli metala böyük maraq göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR