AMB-dən «APA-Economics»ə verilən məlumata görə, son bir il ərzində ən iri artım dekabr ayında müşahidə olunub:
Belə ki, dekabr ayı ərzində valyuta ehtiyatlarının həcmi 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabrda bazardan iri həcmdə valyuta kütləsinin alınması ilə əlaqədar olub. Bu ilin ilk iki ayı ərzində isə artım tempi kəskin azalıb.