Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə daxilolmalar 40% artıb

Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə daxilolmalar 40% artıb
# 05 mart 2012 09:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda daşınmaz əmlakın könüllü sığortası üzrə 1,350 mln. manatlıq sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə könüllü əmlak sığortası üzrə sığorta hadisələrinə görə aparılan ödənişlərin həcmi 3,5 dəfə artaraq 375,9 min manata çatıb.

Bununla yanaşı, car ilin yanvarında icbari əmlak sığortası üzrə 284,8 min manat həcmində sığorta haqqı toplanılıb ki, bunun da 268,2 min manatı «Daşınmaz əmlakın icbari sığortası», 16,6 min manatı isə «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növlərinin payına düşüb. Qeyd edək ki, bu ilin yanvar ayında icbari əmlak sığortası üzrə heç bir ödəniş aparılmayıb.

Aparılan araşdırmanın nəticələrinə əsasən, bazarda əmlak sığortası üzrə ən çox yığım «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2012-ci ilin yanvar ayında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 37,002 mln. manat, ödənişlərin həcmi isə 4,400 mln. manat təşkil edib. Göründüyü kimi, məcmu daxilolmaların strukturunda daşınmaz əmlakın könüllü sığortası növünün payı 3,7%-ə, ödənişlərdə isə 8,6%-ə bərabərdir. Daşınmaz əmlakın icbari sığortasının ümumi daxilolmalarda xüsusi çəkisi 0,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR