Bank Of Baku

Düşənbədə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclası keçirilib

Düşənbədə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclası keçirilib
# 05 mart 2012 12:00 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Düşənbədə (Tacikistan) Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ilk iclası keçirilib.

APA-Economics”in “AsiaPlus”a (http://news.tj) istinadən xəbərinə görə, iclasda Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Tacikistan prezidenti İmaməli Rəhmonla da görüşü gözlənilir.

Qeyd edək ki, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tacikistan tərəfdən isə bu ölkənin meliorasiya və su ehtiyatları naziri Rahmat Bobokalonovdur.

İki ölkə arasında münasibətlərin normativ-hüquqi bazası 21 sənəddən ibarətdir. Ötən il Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 24,1 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR