Bank Of Baku

«NBC Bank» yeni uduşlu kampaniya keçirir

«NBC Bank» yeni uduşlu kampaniya keçirir
# 05 mart 2012 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC bu ilin mart ayından pul köçürmələri üzrə uduşlu kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə uyğun olaraq köçürüləcək və ya alınacaq pulun məbləğinə müvafiq olaraq hər bir müştəri istənilən operatorun konturunu hədiyyə ala bilər.

Xidmətin şərtləri haqqında ətraflı məlumat üçün «NBC Bank»a zəng etmək və ya facebook səhifəsini (http://www.facebook.com/NBCBankASC) ziyarət etmək olar.

Qeyd edək ki, hazırda bank «Western Union», «Contact», «Migom», «Bistraya Pochta», «Private Money», «Zolotaya Korona», «Allure», «Xpress Money», «Caspian Money Transfer» və «Blizko» sürətli pul köçürmə sistemləri üzrə xidmətlər göstərir.

«NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR