Proqnoz: Bu il Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq
05 mart 2012 13:08 (UTC +04:00)
Bunu APA-ya açıqlanmasında Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
S.Həsənovanın sözlərinə görə, 2007-2008-ci illərdə ölkədə inflyasiya ikirəqəmli həddə çatsa da, sonrakı illərdə bunun qarşısı alınıb. «İndi inflyasiya birrəqəmlidir. Keçən il inflyasiya idarə olunan səviyyədə olub və ciddi fəsadlar törətməyib. Əgər hər hansı xarici şok olmayacaqsa, bu ilki proqnozlarımıza əsasən, inflyasiya birrəqəmli səviyyədə qalacaq», - deyə nazir müavini vurğulayıb.
S.Həsənova həmçinin qeyd edib ki, hazırda dünya neft bazarında gərginlik müşahidə olunur və bu gərginlik artıq bir neçə ay davam edir: «Lakin biz hələ də onun təsirini müşahidə etmirik. Sadəcə nəzərə almalıyıq ki, belə bir risklər mövcuddur. Amma hələlik inflyasiya idarə olunan səviyyədədir».
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 7,9%, 2010-cu ildə 5,7%, 2009-cu ildə 1,5%, 2008-ci ildə 20,8%, 2007-ci ildə isə 16,7% təşkil edib.

Maliyyə
Rəşad Orucov: Sığorta bazarının potensialının böyük hissəsi reallaşdırılmayıb
10:47
22 may 2024
AMB ötən il 349 mln. manat mənfəət əldə edib
10:43
22 may 2024
Azərbaycan Mərkəzi Bankının aktivləri 13% artıb
10:38
22 may 2024
PAŞA Sığortanın yeni kampaniyası ilə sığortasız mənzil qalmayacaq
10:00
22 may 2024