Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni kredit kampaniyasına başlayıb

«Azərbaycan Sənaye Bankı» yeni kredit kampaniyasına başlayıb
# 05 mart 2012 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» (ASB) ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibəti ilə bayram xərclərinin qarşılanması üçün sərfəli şərtlərlə bayram krediti kampaniyasına start verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, mart ayının 20-dək davam edəcək kampaniya çərçivəsində 12 ay müddətinə 2 min manatadək kreditlər təklif olunur. Bu kredit illik 14%-lə, heç bir bank xərci və komissiya haqqı olmadan təqdim edilir.
Yalnız şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və 1 zamin təqdim olunmaqla kredit əlavə xərc olmadan təqdim edilir. Bayram krediti kampaniyasından faydalanmaq istəyənlər əlavə məlumatı www.bayramkrediti.az saytından, krediti isə ən yaxın filialdan əldə edə bilərlər.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azərbaycan Sənaye Bankı» fiziki və hüquqi şəxslərə müxtəlif növ bank xidmətləri göstərir. Bu il mart ayının 1-nə bankın aktivləri 161,7 mln. manat, kredit portfeli 138,2 mln. manat, depozit portfeli isə 89,1 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 1 şöbəsi, 34 bankomatı və 354 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR