Bakıda vergi borclarının idarə olunması ilə bağlı beynəlxalq toplantı keçirilir - FOTO
06 mart 2012 08:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyası Təşkilatının (IOTA) Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupunun ilk iclası işə başlayıb. «APA-Economics»in məlumatına görə, tədbirdə IOTA-ya daxil olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə ekspertləri iştirak edir.
Toplantıda Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov son illər Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin əldə olunduğunu, vergi borclarının məcburi alınması ilə bağlı inzibatçılığın təkmilləşdirildiyini bildirib. Nazir müavini IOTA-nın işçi qrupunun bu iclasının iştirakçı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi borclarının idarə olunması sahəsində səmərəliliyin daha da artırılması istiqamətində mühüm addım olacağını bildirib.
Tədbirdə IOTA-nın eksperti, Vergi borclarının idarə edilməsi üzrə İşçi Qrupunun rəhbəri Yevgenius Soldatkovas müzakirə olunacaq məsələləri açıqlayıb. İclasda Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin rəisi İlkin Vəliyev «Vergi borclarının idarə olunması sistemi» adlı təqdimatla çıxış edərək vergi borclarının strukturu və onun idarə olunması strategiyası, vergi borclarının yığılması prosesinin avtomatlaşdırılması, vergi ödəyicilərinin öhdəlikləri, borcların azalma tendensiyası, onların idarə olunması ilə bağlı səmərəli modelin yaradılması barədə danışıb.
Qeyd edək ki, İşçi Qrupu öz işini martın 8-dək davam etdirəcək.

Maliyyə
BFB: Azərbaycanda korporativ istiqraz bazarının proqnozlaşdırılan artım potensialı 1,5 milyard manatdır
12:56
9 may 2024
Azərbaycanda dövlət müəssisələrinin istiqrazlarının həcminin artım potensialı qiymətləndirilib
12:26
9 may 2024
Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq
12:13
9 may 2024
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024