Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Şəki şəhərinin mədəni irs abidələrindən birinin bərpasını maliyyələşdirir

Azərbaycan Beynəlxalq Bankı Şəki şəhərinin mədəni irs abidələrindən birinin bərpasını maliyyələşdirir
# 05 mart 2012 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Şəki şəhərinin mədəni irs abidələrindən birinin bərpasını maliyyələşdirdiyini elan edib. Bu barədə “APA-Economics”ə ABB-nin mətbuat xidmətindən məlumat verilib.

“ABB Şəkinin unikal irsinin əhəmiyyətli tarixi abidələrindən birini - XIX əsrin sonlarında xeyriyyəçi Abdulsalam tərəfindən tikilmiş və hələ də onun adını daşıyan “Abdulsalam hamamı”nın bərpasını maliyyələşdirir” - deyə məlumatda bildirilir.

Bərpa layihəsi çərçivəsində hamamın iki şəffaf günbəzi, qübbələri və dam örtüyünün əsas elementləri bərpa olunacaq, maksimal dərəcədə keramik plitələrdən istifadə olunacaq. Fasadın xarici divarlarında o vaxtkı stil, ornamentlər və kiçik aksentlər qorunub saxlanacaq. Pəncərələr ənənəvi şəbəkə stilində qurulacaq, istilik-izolyasiya müdafiəsi, bütün pəncərə və qapılar indiyədək qorunub saxlanmış qapı-pəncərələrin nümunəsində yığılacaq. Daxili dizayn ilkin stildə bərpa ediləcək.

Şəki şəhəri UNESCO-nun tarixi abidələri sırasına daxildir.

ABB 1992-ci ilin yanvarında yaradılıb və Azərbaycanın ən böyük bankıdır. Bankın əsas səhmdarı (50,2%) Azərbaycan hökumətidir, səhmlərin 49,8%-i fiziki və hüquqi şəxslərə məxsusdur. ABB 20 illik yubileyi ilə əlaqədar cari ildə müxtəlif sahələrdə çoxsaylı sosial istiqamətli tədbirlər həyata keçirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR