Bank Of Baku

Azərbaycanda vergi borclarının yığılmasında yeni üsullar tətbiq olunur

Azərbaycanda vergi borclarının yığılmasında yeni üsullar tətbiq olunur
# 06 mart 2012 11:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi borclarının alınması işinin təşkili İdarəsinin rəisi İlkin Vəliyev bildirib. Onun sözlərinə görə, son iki ildə, yəni 2010—2011-ci illərdə isə vergi borclarının məbləği 43,5% azalıb.

İdarə rəisi qeyd edib ki, Nazirlik vergi borclarının səmərəli idarə olunması və borcların ödənilməsi üçün müxtəlif yeniliklər tətbiq edib. Belə ki, hazırda istənilən vergi ödəyicisi öz vergi borcunu elektron üsulla öyrənə bilər: «Azərbaycanlı vergi ödəyiciləri Vergilər Nazirliyinin internet səhifəsi vasitəsilə öz elektron qutusuna daxil olmaqla öz şəxsi vərəqəsinə baxıb, öz vergi borcunun məbləğini, onun nədən yarandığını və hansı hissəsinin faiz və ya əsas borc olduğunu görə bilərlər».

Nazirlik vergi borcu olan vergi ödəyicilərinin borclarını hissə-hissə ödəməsi və ya belə ödəyicilərə müəyyən vaxt verilməsi praktikasından da istifadə edir. Qeyd edək ki, bu məsələ Vergilər Məcəlləsində də əksini tapıb. Məcəllənin 85-ci maddəsinə əsasən, vergi ödəyicisi borcunu bir dəfəyə ödədiyi təqdirdə iflasa uğraması təhlükəsi olduqda, və ya hər hansı təbii fəlakət nəticəsində ona zərər dəydikdə, o bu barədə hesabat verməklə borcunu bəyan edir və borcu müəyyən girov və ya zəmanətlə təmin etməklə həmin öhdəliyin icra müddətini 1 aydan 9 ayadək uzada bilər.

İ.Vəliyevin sözlərinə görə, artıq vergi ödəyiciləri bu üsuldan faydalanırlar: «Təbii ki, əgər vergi ödəyicisi bununla bağlı müraciət edirsə, buna baxıb qərar veririk. Belə hallar olub».

Ötən ilin avqustundan etibarən isə vergi borclarının ödənilməsi məqsədilə borcların məbləğinin vergi ödəyiciləri ilə birgə araşdırılmasına başlanıb: «Yəni, vergi ödəyicisi dəvət olunur və onun borcu vergi əməkdaşı ilə birlikdə araşdırılır. Çünki adətən vergi ödəyicisi borcunun məbləğini etiraf edirsə onu ödəyir». Görüş zamanı vergi ödəyicilərinə borcun ödənilməsinin vacibliyi izah edilir, borcu ödəməyəcəyi təqdirdə onun məcburi alınması üçün vergi orqanları tərəfindən görüləcək tədbirlər barədə məlumat verilir və ona borclarını könüllü ödəmək təklif olunur».

Bu praktikanın tətbiq edildiyi vaxtdan indiyədək 25 min vergi ödəyicisi dəvət olunaraq onlara müvafiq izahatlar verilib və onların 80%-i borcunu qəbul edərək, heç bir məcburi tədbir olmadan ödəmə edib. Ümumilikdə isə 2011-ci ildə bütün məcburi tədbirlər nəticəsində dövlət büdcəsinə 200 mln. manat vergi borcu ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR