Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi fevralda 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi fevralda 0,03% enib
# 06 mart 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fevral ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7855 AZN-dən 0,7853 AZN-dək enib.

Xatırladaq ki, fevral ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 9 bankın iştirakı ilə 37,171 mln. manat həcmində 34 alqı-satqı əqdi qeydə alınıb. Bu isə yanvar ayı ilə müqayisədə 42,6% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR