Bank Of Baku

Gələn ay «Finans Leasing» ASC-nin səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Finans Leasing» ASC-nin səhmdarlarının iclası keçiriləcək
# 06 mart 2012 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il aprel ayının 21-də Azərbaycanın «Finans Leasing» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən şirkətin 2011-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və lizinq portfelinin vəziyyəti müzakirə ediləcək.

Qeyd edək ki, «Finans Leasing» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin səhmdarları sırasında hüquqi şəxs yoxdur.

Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (sədr), Mobil Şərifov (üzv, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (üzv, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR